Türkiyədə koronavirusa qarşı peyvənd vurulması başlanılıb

korona 4

Türkiyədə koronavirusa (COVID-19) qarşı yerli peyvəndin insanlar üzərində sınağına başlanılıb.

XALQ.AZ “Anadolu Agency”nə istinadən məlumat verir ki, ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca bəyan edib.

Onun sözlərinə görə, bu gün Türkiyədə 13 peyvənd hazırlanır, bunlardan birinə insan üzərində sınaqlara başlamaq üçün icazə verilib.

F.Qoca bildirib ki, ümumiyyətlə 19 transgen heyvan üzərində tədqiqatlar aparılıb və aparılan təcrübələrdən yaxşı nəticələr əldə olunub.