Türkiyədə terror-Video

 

XALQ.AZ xəbər verir ki, hadisə Şanlıurfa şəhərində qeydə alınıb.

Partlayış şəhərin hakimi və məmurlarının evinə yaxın ərazidə olub.
İlkin ehtimala görə, terror aktı olan bu partlayış Türkiyə vaxtı ilə saat 20:00-da qeydə alınıb. Hadisə zamanı plən və çoxlu sayda yaralıların olduğu bildirilib.

Məlumat daxil olan kimi əraziyə polis, terrorla mübarizə idarəsinin əməkdaşları, həkimlər, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Hadisənin baş verdiyi Yenişehir Məhəlləsi adlanan ərazi nəzarətə götürülüb.

Yaralılar təcili olaraq xəstəxanalara yerləşdirilib.

Faktla bağlı polis araşdırmalara başlayıb.