Türkiyə 16 ölkəyə yeni səfir təyin edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamına əsasən 16 ölkəyə yeni türk səfir təyin olunub.

XALQ.AZ xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə İordaniya, Qvatemala, Türkmənistan, Əlcəzair, Şri-Lanka, Belarus, Estoniya, Çad, Dominikan, Çili, Vyetnam, Banqladeş, Qazaxıstan, Şimali Makedoniya, Qambiya və Qabona yeni fövqəladə və səlahiyyətli səfirlər təyin edilib.