Türkiyə Azərbaycana qadağa qoydu

55

 

Terminologiya Komissiyası: Bəziləri övladlarına “Kişmiş”, “Ansambl”, “Muğam”, “Samovar” kimi adlar qoymaq istəyirlər

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına ad və soyadları dəyişməklə bağlı müraciətlərin sayı artıb.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya açıqlamasında deyib ki, əvvəllər insanlar komissiyanın fəaliyyəti barədə az məlumatlı idilərsə, indi daha çox müraciətlər edirlər. Hər gün komissiyaya müxtəlif ad və soyadlarla bağlı müraciətlərin daxil olduğunu deyən S. Sadıqova qeyd edib ki, onların arasında meyvə, bitki adların qoyulması ilə bağlı müraciətlər üstünlük təşkil edib: “Bəzən müraciət edirlər ki, nəyə görə “Kişmiş”, “Ansambl”, “Muğam”, “Samovar” kimi adlar olmasın? Bundan əlavə, ən çox alınma adlarla bağlı müraciətlər edirlər. Daha çox rus mənşəli adlar qoymaq istəyirlər. Bəzən dəhşətə gəlirik ki, insanların övladı dünyaya gəlir, amma onlara elə adlar vermək istəyirlər ki… Bir neçə gün öncə “Kişmiş” adını qoymaqla bağlı müraciət olub. Biri müraciət edib ki, mən oğluma “Samovar” adı qoysam nə olar ki? Bundan başqa, daha çox dünya miqyasında olan adları öz uşaqlarına qoymaq istəyirlər. Biz isə istəyirik ki, uşaqlara daha çox milli adlar qoyulsun. Bəzən müraciətlərdən sonra onlara icazə verilməməsi ilə bağlı izahat verilir və onlar fikirlərindən çəkinirlər”.

S. Sadıqova hazırda komissiyada baxılan bir müraciət barədə də danışıb: “Özünü informasiya sahəsində tanınmış mütəxəssis kimi təqdim edən və Türkiyədə yaşayan 42 yaşlı Muxtar adlı vətəndaş ona “Qutsalruh” soyadının verilməsini istəyir. O bildirib ki, Azərbaycana soyadını dəyişmək və kəşflərini bundan sonra yeni soyadla aparmaq niyyətindədir. Lakin ona Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsindən mənfi rəy verilib. Həmin şəxs komissiyaya müraciət edərək bu adın ona verilməsini istəyir. Muxtar adlı vətəndaş “Qutsalruh” soyadının ona verilməyəcəyi təqdirdə beynəlxalq təşkilatlara müraciət edəcəyini deyib”.

Komissiya rəsmisi Atatürk adının da verilməsinə icazə verilmədiyini qeyd edib: “2010-cu ildə 2 nəfərə, 2011-ci ildə isə 1 nəfərə “Atatürk” adı verilsə də, Türkiyə hökuməti bizə müraciət edəndən sonra bu adın verilməsinə icazə verilmir. Bu adın verilməsinə rəsmi şəkildə qadağa qoyulmayıb. Amma müraciət edən olarsa, onlara icazə verilmir”.