Türkiyə baş naziri nəvəsinə Əli adını qoyacaq

 

88

 

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan dünyaya təzə gələcək nəvəsinə Əli adını verəcək. ANS PRESS-in məlumatına görə, Ərdoğan Aləvi təriqətindən olan müsəlmanlarla birgə qatıldığı Məhərrəm ayı orucunun iftarında bildirib:

“İndi bir torunum gəlir, adı Əli olacaq”.

Ərdoğan Aşura günü ilə bağlı verdiyi açıqlamasında bildirib ki, Məhərrəm ayının 10-u yəhudilər, xristianlar və müsəlmanlar üçün son dərəcə önəmli gündür:

” Rəvayət olunur ki, Hazreti Ademin tövbesi bu günde qəbul olunub. Həzrəti Musa dənizi bu gündə iki yerə ayırıb. Həzrəti Eyyubun bu gündə şəfa tapdığı deyilir. Aşura dediyimiz bu gün bütün İslam coğrafiyasın müqəddəs bir gün olaraq qəbul olunur. Həzrəti Hüseyn və əhli beyt Kərbalada öncə sususluğa məhkum edildi, ardından da insanlığın ən böyük faciə mənzərəsini geridə qoyacaq şəkildə şəhid edildilər”.