Türkiyə İraqda 2 yaşayış məntəqəsini azad etdi

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında iki yaşayış məntəqəsini PKK terrorçularından azad edib.

XALQ.AZ xəbər verir ki, qoşunların həyata keçirdiyi əməliyyat nəticəsində Hakkari vilayəti ilə sərhəddə yerləşən Karukr və Kani Raş kəndləri azad edilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri martın 11-dən bölgədə əməliyyatlara başlayıb.

Elgün