Türkiyə koronanın ilk müalicə üsulunu tapdı

Türkiyəli həkim Ərcümənt Ovalının yeni tip koronavirus (COVİD-19) pandemiyasının müalicəsi ilə bağlı apardığı araşdırmalar müsbət nəticə verib.

XALQ.AZ xəbər verir ki, Ovalı və 28 nəfərdən ibarət komandası virusa qarşı antikor müalicə üzərində aparılan araşdırmalardan vacib nəticələr əldə edib və bu barədə Türkiyə Səhiyyə Nazirliyini məlumatlandırıb.

Nazirlikdən Ə.Ovalıya koronaya yoluxmuş xəstələrin müalicəsi üçün klinik sınaqların aparılmasına icazə verilib.

Həkim açıqlamasında bildirib ki, aprelin 6-dan etibarən 12 xəstənin müalicəsi üçün sınaqlara başlayacaq. (Axar.az)