Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Müdafiə Nazirliyi 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik mesajı ünvanlayıb.

XALQ.AZ xəbər verir ki, bununla bağlı TMN-nin rəsmi twıtter səhifəsində paylaşım edilib.

“Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 102-ci ildönümünü münasibətilə təbrik edirik. “Bir millət – iki dövlət” qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik”, – deyə təbrik mesajında qeyd olunub.