Türkiyə növbəti fəlakətin astanasında; Güclü zəlzələ XƏBƏRDARLIĞI

 

77

Türkiyənin Qaradəniz Texniki Universitetinin geologiya mühəndisliyi bölümünün müəllimi, professor Osman Bektaş bu il 7-7.9 bal gücündə zəlzələ olacağını iddia edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-cü ilin sonuna doğru Türkiyədə 7-7.9 baldan güclü zəlzələnin olma ehtimalı var.
Bektaş fikrini Türkiyənin şərqində son 9 ayın zəlzələ statistikasının ciddi narahatlıqlar yaratması ilə izah edib: “Quzey Anadolu və Şərqi Anadolu fay sistemləri gərginliyin artdığı bölgələrdir. Çankırı-Çorum, Ağrı-Hakkari, Ərzurum-Qars, Hatay-Qəhramanmaraş bölgələri 2013 –cü ilin sonu, 2014-cü ilin əvvəllərində böyük zəlzələlər üçün təhlükəli bölgələrdir”.