Türkiyə Respublika Gününü qeyd edir

Bu gün qardaş Türkiyə Cümhuriyyət bayramını qeyd edir.

 

XALQ.AZ xəbər verir ki, bu bayram 1924-cü ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramıdır.

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cumhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cumhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Dövlət-i Aliyədən (Osmanlı sistemi) yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

 

 

Orxan