Türkiyədə 11 milyon ağac əkiləcək

Türkiyədə noyabrın 11-də yerli vaxtla saat 11.11-də “Gələcəyə nəfəs ol” kampaniyası keçiriləcək. Kampaniya çərçivəsində ölkənin hər bölgəsi daxil olmaqla ümumilikdə 11 milyon ağac əkiləcək.

XALQ.AZ xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən bu barədə verilən məlumata görə, internet vasitəsilə əkilməsi üçün əhaliyə artıq 13.5 milyondan çox ting paylanıb. Tinglər əsasən məktəb, uşaq bağçaları, xəstəxana kimi əhalinin daha çox istifadə etdiyi müəssisələrin həyətlərində əkiləcək.

Ağacəkmə kampaniyasının Ginnesin Rekordlar Kitabına daxil edilməsi gözlənilir.