Türkiyədə Bakının azad olunmasının 100 illiyi qeyd edilir

Türkiyə XİN-i Bakının bolşevik-daşnak işğalından Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi münasibətilə bəyanatla çıxış edib.

XALQ.AZ xəbər verir ki,  bəyanatda deyilir:

«Hörmət və ehtiramla Bakı uğrunda döyüşlərdə həlak olan Qafqaz İslam Ordusunun 1132 əsgərin, eyni zamanda, öz vətənləri üçün həyatlarını qurban verən azərbaycanlı qardaşlarımızın xatirəsini hörmətlə yada salırıq. Bu ildönümü Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrinin “Bir millət- iki dövlət” prinsipi üzərində qurulan ən mühüm mərhələlərindən biridir.

Bəyanatda həmçinin qeyd edilir ki, Bakının azad edilməsi ölkə paytaxtını Gəncədən Bakıya köçürülməsinə imkan verdi, dövlətin ərazi bütövlüyünün təmin olunmasına şərait yaratdı, həmçinin Azərbaycanın indiki sərhədlərinin yaranması üçün əsas oldu. “Qafqaz İslam Ordusunun qazandığı bu böyük qələbənin ildönümü Türkiyə və Azərbaycan qardaşlığı və həmrəyliyini simvolizə edir”, – bəyanatda bildirilib.

 

 

Orxan