Türkiyədə həbslər davam edir

27

 

İstanbulda həyata keçirilən “rüşvət əməliyyatı”nda həbs olunanların sayı 52-yə çatıb. Musavat.com-un məlumatına görə, iki nazir oğlunun da olduğu 29 nəfər Maliyyə cinayətləri şöbəsi tərəfindən, 1 nazir oğlu ilə bərabər 23 şübhəli isə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsi tərəfindən həbs edilib. Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, həbsdəki şəxslər vəkilləri ilə görüşsələr də, hələ ifadə verməyiblər.

Axşam saatlarında azərbaycanlı iş adamı Rza Zərrab həkim müayinəsindən keçirilib və yenidən İstanbul polis şöbəsini aparılıb.