Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi – RƏSMİ

“Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub”. 

Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. 

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: “Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir”. 

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.