Türkiyədə qar uçqunu altında qalanların sayı 50-yə çatdı

Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib.

XALQ.AZ-ın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, ərazidə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.