Türkiyədə saxta dərman satan azərbaycanlı mafiya həbs edildi

 

14

Türkiyə polisi hər yerdə azərbaycanlı həkimi axtarır; cinayətkar şəbəkə Azərbaycanda istehsal edilən saxta dərmanı bu ölkədə biri məşhur şəxs olmaqla 100-dən çox adama satıb Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda istehsal edilən saxta xərçəng dərmanını bu ölkədə onkoloji xəstələrə satan mütəşəkkil cinayətkar qruplaşma yaxalanıb.Daxil olan məlumatlarda bildirilir ki, liderliyini İ.H.Ç. adlı şəxsin başçılıq etdiyi mütəşəkkil qruplaşmanı izləyən polis eyni vaxtda bir neçə ünvanda həyata keçirdiyi əməliyyat nəticəsində onları saxlayıb.Bu zaman xəstələrə çatdırılmaq üçün nəzərdə tutulan 561 qutu saxta xərçəng dərmanı, 6 min 507 dərman qutusu və şüşəsi müsadirə olunub. Qruplaşma üzvlərinin ünvanlarında aparılan axtarışlarda isə minlərlə qutu saxta dərman ələ keçirilib.Məlumatlara görə, polis əvvəlcə mütəşəkkil cinayətkar qruplaşmanın liderini sənəd yoxlamaq bəhanəsi ilə saxlayıb. O, polisə saxta sənəd təqdim etsə də əməliyyatın uğursuzluqla nəticələnməməsi üçün sərbəst buraxılıb. Bununla belə polis şəbəkənin Azərbaycandan Türkiyəyə təyyarə ilə saxta dərman daşıyman kuryerləri, saxta dərmanları xəstələrə çatdıran şəbəkə üzvlərini aramsız təqdib edib.Əməliyyat başlamazdan əvvəl polis şəbəkənin özəl xəstəxanalardan biri vasitəsilə 100-ə qədər xəstəyə saxta dərman satdığı müəyyən edilib. Onlardan biri tanınmış sənətçidir. Şəbəkəni izləyən polis cinayətkar qruplaşmanın üzvlərini Azərbaycandan növbəti saxta dərman partiyasını təyyarə ilə Türkiyəyə apararkən İstanbulun Atatürk hava limanında həbs edib.Şəbəkənin ən böyük saxta dərman tədarükçüsü olan azərbaycanlı həkim də polis tərəfindən hər yerdə axtarılır. Ankarada şəbəkə ilə əlbir olan digər həkim isə Türkiyə vətəndaşıdır və o da axtarışa verilib.Əməliyyat Türkiyənin 9 ayrı bölgəsində 121 ünvanda keçirilib, cəmi 60 nəfər saxlanılıb və onlardan 40-ı məhkəməyə çıxarılıb. Şübhəlilərə qarşı insanların həyatını təhlükəyə atacaq dərman istehsalı maddəsi üzrə 1 ildən 5 ilədək həbs cəzası nəzərdə tutan maddə üzrə ittiham irəli sürülüb.Məlum olub ki, saxta dərman mafiyasının üzvlərindən biri, hazırda həbsdə olan N.T.-nin qardaşı az əvvəl xərçəngdən ölübmüş. Onun özünün də xərçəng xəstəsi olduğu üzə çıxıb. Buna baxmayaraq cinayətkar ölümcül xəstələrə saxta dərman satışında həvəslə iştirak edib.Cinayətkar qruplaşmadan ələ keçirilən 7 min 735 paket saxta dərmanın bazar dəyərinin 10 milyon dollardan çox olduğu bildirilir.Dərmanın adı göstərilməsə də bildirilir ki, söhbət xərçəngə qarşı yeni icad olunan və kifayət qədər bahalı pereparatdan gedir.Qruplaşma 6 ayrı dəstə halında fəaliyyət göstərib. Şəbəkənin ən böyük saxtadərman təchizatçısı Azərbaycandan olan həkimdir.Məlum olub ki, polis dəstənin izinə xəstəxanalardan birində tibb bacısı və həkimdən daxil olan siqnal əsasında düşüb. Həkim xərçəng xəstəsinə verdiyi dərmanın təsirsiz qalmasından şübhələnərək polisə müraciət edib.Qeyd edək ki, saxta dərman istehsalının Azərbaycanda həyata keçirilməsi işin kifayət qədər təhlükəli miqyasını ortaya qoyur. Əgər mütəşəkkil cinayətkar qruplaşma istehsal etdiyi saxta xərçəng dərmanlarını Türkiyəyə ixrac etmək dərəcəsində arxayınlaşıbsa, deməli, bu saxta dərmanların Azərbaycanın özündə də xərçəng xəstələrinə satılması ehtimalı kifayət qədər yüksəkdir.Türkiyə hüquq-mühafizə orqanlarının bu mafiya ilə bağlı Azərbaycan tərəfinə məlumat verib-vermədiyi məlum deyil.azerinews.tv