Türkiyədə təhsil alan azərbaycanlılar Vətənə qayıdaraq ölkəmizin inkişafına töhfə verirlər

Dekabrın 24-də Bakı Konqres Mərkəzində “Cümhuriyyətdən Cümhuriyyətə” devizi altında Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının birinci Bakı forumu keçirilir.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin daha da möhkəmləndirilməsidir. Eyni zamanda, Türkiyənin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlıları Bakıda bir yerə toplamaq, onların arasında əməkdaşlığı genişləndirmək, eləcə də Türkiyə məzunlarının ölkəmizin ictimai həyatında və iqtisadiyyatının inkişafında rolu ilə bağlı gələcək hədəfləri müzakirə etməkdir.

Forumda Milli Məclisin deputatları, müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizin qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyublar.

Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov forumun ölkəmiz üçün əlamətdar tarixdə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edib ki, Cümhuriyyət fədailəri tərəfindən 100 tələbənin vaxtilə xarici ölkələrə təhsil almağa göndərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə verdiyi önəmin bariz nümunəsidir. Həmin tələbələrdən bir çoxu Türkiyəyə göndərilib. Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrdə elm və təhsil sahəsində əməkdaşlıq özünəməxsus yer tutur. Son yüz ildə Azərbaycanın elmi, mədəni, ədəbi mühitində uğur qazanan ziyalılarının arasında Türkiyə universitetləri məzunlarının rolu var. Bu ənənə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra yenidən bərpa olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin Türkiyənin nüfuzlu universitetlərində təhsil almalarına diqqət yetirirdi. Bu günədək Türkiyə universitetlərindən məzun olan azərbaycanlıların sayı on minlərlədir. Hazırda Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 15 mindən çoxdur.

Bildirilib ki, məzunlar arasında cəmiyyətimizin tərəqqisinə xidmət edən müxtəlif peşə sahibləri var. Onlar qardaş ölkədə yiyələndikləri bilikləri Azərbaycanda çalışdıqları sahələrdə tətbiq edirlər. Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək müxtəlif sahələrdə çalışır, yüksəkixtisaslı kadr kimi Azərbaycanın inkişafına layiqli töhfələrini verirlər.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil almasına xüsusi diqqət yetirir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulu Azərbaycan dövlətinin gənclərimizin dünyanın qabaqcıl universitetlərində təhsil almasına böyük önəm verməsinin göstəricisidir.

Forumun səmərəli müzakirələrlə Türkiyə məzunlarının həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən İctimai Birliyin sədri onun işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov bildirib ki, təmsil etdiyi qurum Türkiyə məzunlarının fikirlərini, təşəbbüslərini dinləyərək onları dəstəkləyir. O, ölkəmizdə gənclərin təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Gənclər Fondu gənclərin ideyaları ilə yanaşı, onların təhsil sahəsində layihələrini də dəstəkləyir.

Türkiyə məzunlarından olan Milli Məclisin deputatı Rəşad Mahmudov, Bakıdakı 246 nömrəli tam orta məktəbin direktoru Almaz Bayramova, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Pərviz Səmədov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Kəmalə Ələkbərova və başqaları bildiriblər ki, 1992-1993-cü tədris ilindən etibarən həyata keçirilən “Böyük tələbə layihəsi” Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsinə mühüm töhfə verib. Ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən çıxışçılar Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrin inkişafına töhfə verəcək Forum bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıdan danışıblar. Onlar bu qayğını yüksək qiymətləndirib, Türkiyə universitetləri məzunlarının dövlətimizə və xalqımıza bundan sonra da ləyaqətlə xidmət edəcəklərini vurğulayıb, qarşıda duran vəzifələrdən danışıblar.

Forumun səmərəli müzakirələrlə Türkiyə məzunlarının həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən İctimai Birliyin sədri onun işinə uğurlar arzulayıb.

Tədbir “Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatındakı rolu” və “Türkiyə universitetləri məzunlarının Azərbaycanın iqtisadi həyatındakı rolu və yeri” mövzularında panel iclasları ilə davam edib.