Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqindəki Mardin əyalətində terror aktının qarşısı alınıb.

XALQ.AZ  xəbər verir ki,  bölgədə keçirilmiş xüsusi əməliyyat nəticəsində minalanmış yük maşını aşkar edilib. Yük maşınının kuzovunda 250 kiloqram həcmində partlayıcı maddə olub.

Qeyd olunur ki, əməliyyat zamanı şəhərin mərkəzi hissəsində terror aktı həyata keçirməyi planlaşdıran 5 nəfər saxlanılıb.

 

 

Orxan