Türkiyədə zəlzələ olub

 

84

Türkiyənin Bolu şəhərində zəlzələ baş verib. ANS PRESS-in “CNN Türk”ə istinadla verdiyi məlumata görə, Türkiyə vaxtı ilə saat 22:49-da (Bakı 01:49) vaxtı ilə saat qeydə alınana yeraltı təkanların gücü 4,8 bal olub.

Boluda baş verən zəlzələ əhali arasında təşvişə səbəb olub. Əhali qorxu ilə evlərini tərk etməyə başlayıb. Bu zaman qorxudan pəncərədən tullananlar olub ki, buda yaralıların olmasına səbəb olub.
İlkin məlumata görə, yeraltı təkanlar zamanı dağıntı və təlafat qeydə alınmayıb.

Zəlzələ Düzcə, Karabük və Bartın, Ankara və İstanbulda da hiss edilib.