Türkiyədə zəlzələ olub

15

 

Türkiyənin Antalya körfəzində 5 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla ötən axşam saat 19:31-də qeydə alınıb. Qəndilli Rəsədxanasının məlumatına görə, zəlzələ episentri Antalya körfəzi olmaqla yerin 88,6 kilometr dərinliyində baş verib.

Qeyd edək ki, zəlzələ zamanı dağıntı və xəsarət alan olmayıb.