Türkiyədəki 83 milyon insan Azərbaycanladır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.

XALQ.AZ-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında bildirib ki, haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.

O həmçinin qardaş Azərbaycanın müstəqillik gününü təbrik edir:

“Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim təmənni və dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.