Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib – VİDEO

Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

XALQ.AZ xəbər verir ki, türkiyəli həkimləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib. 

Dərnəyin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid Gökalp Küçük şəhidin anası Səmayə Həşimovaya və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhid anasına Türkiyə bayrağını hədiyyə ediblər.

XALQ.AZ