Türkiyəli nazir Azərbaycana gəlir

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bu gecə Azərbaycana səfər edəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Trend diplomatik mənbəyə istinadən məlumat verir.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə ediləcək.

R.Pekcanın Azərbaycanda rəsmi şəxslərlə görüşü gözlənilir.

XALQ.AZ