Türkiyəli qonaqlar Dövlət Komitəsində olub

Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İş üzrə Dövlət Komitəsində olub.

XALQ.AZ xəbər verir ki, bu haqda Komitədən bildirilib.

Görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və  perspektivlər müzakirə olunub.

Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq,  2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, hər iki ölkənin diasporu gücünü birləşdirməli və Avropada fəaliyyətlərini genişləndirməlidir.

Görüşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının hər zaman türkdilli xalqlar arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verdikləri bir daha xatırlanıb.

 

 

Orxan