Türkiyəli sənətçilər ön cəbhədə (FOTO)

G-1

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilər Ağdam kəndi daxil olmaqla, Tovuzun ön cəbhə kəndlərini ziyarət edərək, yerli sakinlərlə görüşüblər.

XALQ.AZ-ın məlumatına görə, qonaqlar  millət vəkili  Q.Paşayevanın müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən ön cəbhə nöqtələrində, kəndlərində olublar. Görüş zamanı Türkiyə nümayəndə heyətinə müharibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun  ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib.

Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçiləri eyni zamanda Tovuz rayonu, onun keçmişi, bu günü, tarixi-mədəni abidələri və s. ilə yaxından tanış olublar.

G-2

G-3

G-1