Türkiyənin 20-dən çox ölkədə səfiri dəyişib

Türkiyənin 21 ölkədə səfiri dəyişib.

XALQ.AZ xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vəzifəyə yeni təyin olunan səfirlərə aidiyyəti təlimatı verib.

Türkiyənin Türkmənistan, Banqladeş, Şri-Lanka, Şimali Makedoniya, Belarus, Estoniya, Qazaxıstan, İordaniya, Qvatemala, Belçika, Bolqarıstan, Madaqaskar, Kosta-Rika, Dominikan Respublikası, Trinidad və Tobaqo, Qambiya, Çad, Laos, Çili, Qabon və Əlcəzairdəki səfirləri dəyişib.