Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd olunur

Türkiyədə 23 aprel – Milli Suverenlik və Uşaqlar Günü təntənəli şəkildə qeyd olunur.

XALQ.AZ xəbər verir ki, bu münasibətlə təhsil naziri İsmet Yılmazın rəhbərliyi ilə geniş nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub.

Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə ölkənin hər yerində bayram şənlikləri, beynəlxalq uşaq festivalları və s. mərasimlər təşkil olunub.

Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Milli Məclisi çağırılıb. 1921-ci ildə həmin gün milli bayram elan olunub, 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.

 

Elgün