Türkiyənin Prezident Administrasiyası “Bir Millət, İki Dövlət” başlıqlı sənədli film hazırladı – Video

Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb. AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.

XALQ.AZ