Türkiyədə bayraqlar endirilir-Matəm elan olundu
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı qardaş ölkədə matəm elan olunub.
XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O, yanvarın 22-də ölkədə matəm günü elan olunduğunu açıqlayıb.
Qeyd edək ki, faciəvi yanğın nəticəsində 66 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.
Yanğında ölənlərin sayı 66 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 51 nəfər yaralanıb.