Türkmənistanın spiker Bakıya gəlir

Türkmənistan  parlamentinin sədri bu gün Bakıya gəlir.

XALQ.AZ xəbər verir ki, bu barədə  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkmənistanın spikeri Gülşət Məmmədova Bakıda bir sıra görüşlər keçirəcək.

Səfər Azərbaycan tərəfinin dəvətilə baş tutub.

Səfər çərçivəsində qanunvericilik və parlamentlərarası əməkdaşlığın inkişafı sahəsində təcrübə mübadiləsi üçün bəzi tədbirlərin və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin sədri ilə görüş, ASAN Xidmətin fəaliyyəti ilə tanışlıq gözlənilir.