TV əməkdaşının maşınından oğurluq edildi

Avto

Bakıda günün günorta çağı avtomaşından oğurluq olub.

Xalq.az-ın verdiyi məlumata görə, Səbail rayonu İzzət Nəbiyev küçəsində qeydə alınan cinayət hadisəsi 28 yaşlı paytaxt sakini Şahmar Qəhrəmanovun başına gəlib. Naməlum şəxs və ya şəxslər zərərçəkənin “Mersedes” markalı minik maşının yan şüşəsini sındıraraq, avtomobil sahibinin kompüterini aparıblar. Zərərçəkən isə hadisədən işdən evə getmək istəyərkən xəbərdar olub. Belə ki, Şahmar maşınına yaxınlaşanda şüşəsinin qırıldığını, içərisinin isə dağınıq olduğunu görüb.

Bundan sonra zərərçəkən başına gələnlərlə bağlı polisi də məlumatlandırıb. Hadisə yerinə gələn Səbail rayon polis idarəsinin əməkdaşları əzaridə müayinələr aparıb. Polis orqanından verilən məlumata görə faktla bağlı idarənin istintaq şöbəsində araşdırmalar aparılır. Ətrafda olan müşahidə kameralarının görüntülərindən də istifadə ediləcəyi istisna edilmir. Daha sonra maşın ətraflı baxış keçirilməsi üçün polis idarəsinə aparılıb. Zərəçəkən Şahmar Qəhrəmanov televiziyalardan birinin əməkdaşıdır.