TV və radio hansı günlər işləməyəcək?

Bu il 4 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə teleradio yayımı bazarındakı mənbə məlumat verib.

Məlumata əsasən, bu il 4 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.

Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir:

“Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib”.

 

Orxan