UABD-nin regional ofisinin açılışı olub

Jitomir vilayətində  “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”-nun regional ofisinin təntənəli açılışı keçirilib. Tədbirə Azərbaycanın Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Jitomir vilayətinin qubernatoru Sidir Kizin, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”-nun sədri Hikmət Cavadov təşrif buyurmuşlar.

Təntənəli açılışdan öncə Azərbaycanın Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”-nun sədri Hikmət Cavadov və UABD-nin regional ofisinin sədri Rac Qasımov Jitomir vilayətinin qubernatoru Sidir Kizin ilə görüşmüş, vilayətin gələcək inkişaf və əməkdaşlığını müzakirə etmişlər.

“Ukraynadakı Azərbaycan diasporu bir neçə neçə yüz min nəfər əhatə edir ki, bununda 7000 nəfəri tələbədir. Demək olar ki, diasporanın yarısı artıq Ukrayna vətəndaşıdır, Ukrayna cəmiyyətinə inteqrasiya olublar. Azərbaycan Respublikasının prezidentinin sözlərinə görə Ukrayna azərbaycanlıları Azərbaycanla Ukrayna arasında bir körpüdür. Bizdə bu körpünü möhkəmləndirməyə və inkişaf etdirməyə çalışırıq” – Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli qeyd etmişdir.

“Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük peresktivlər var. Çünki bu ölkə dünya bazarına enerji resurslarının aparıcı tədarükçülərindən biridir. Bu Ukrayna üçün bu gün ki, gündə çox vacib məsələlərdən biridi. Ukrayna hökümətinin Rusiya qazından istifadə etməmək rejiminə keçmək tapşırığını verib. İndi fəaliyyətimiz azaldılmış istilik enerjisini bərpa etmək üçün alternativ enerji mənbələrinin axtarışına yönəldilib.” –  Sidir Kizin qeyd etmişdir.

UABD-nin Jitomir vilayyətindəki nümayəndəliyinin rəhbəri Rac Qasımv qeyd etdi ki, bu nümayəndəliyin bazasında Jitomirdə yaşayan Azərbaycanlıların Mədəniyyət Mərkəzi yaradılacaq. Belə ki, azərbaycanlı uşaqlarının doğma dili və ənənələri unutmamaları üçün gecə məktəbinin açılması planlaşdırılır. Nümayəndəlikdə müxtəlif konsultasiya xidmətləri, hüquqi yardım və s xidmətlər göstəriləcək.

“Diaspora nümayəndələri vilayətin bütün tədbir və proyektlərində aktiv iştirak etməyə hazırdılar”- UABDnın Jitomir vilayyətindəki nümayəndəliyinin rəhbəri Rac Qasımv bildirmişdir.

Tədbir başa çatdıqdan sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri H.Cavadov bildirdi ki,  Ukraynanın demək olar ki, bütün regionlarında UABD-nin nümayəndələri fəaliyyət göstərir.  Olmayan yerlərdə də yaradılacaq.

Rəsmi hissə başa çatdığdan sonra incəsənət işçilərinin iştirakı ilə konsert proqramı verilmişdir. Jitomirdə yaşayan azərbaycanlılar UABD-nın Jitomir vilayyətindəki nümayəndəliyinin yaradılmasına, böyük konsert proqramının təşkilinə görə Rac Qasımova təşəkkürlərini bildiriblər.

U-1

U-2

U-3

U-4

U-5