Üç güləşçimiz erməniyə qalib gəldi

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

Report-un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla üz-üzə gəlib.

1/4 finalda rəqibini məğlub edən dünya və Avropa çempionu yarımfinala yüksəlib.

Qeyd edək ki, daha öncə digər yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) David Ovasapyana (Ermənistan) qalib gəlib, ardınca isə Alin Aleksuk Kiurariuya (Rumıniya) uduzub. Sənan Süleymanov (77 kq) isə təsnifatda Aik Mnatsakanyanı (Bolqarıstan) üstələyib.

İslam Abbasov (87 kq) ilk görüşündə Kiril Maskeviçi (Belarus) məyus edib, daha sonra isə Arkadiuş Kuliniçi (Polşa) məğlubiyyətə uğradıb. Taleh Məmmədov (63 kq) isə İbrahim Labazanova (Rusiya) uduzub.