Üç yaşlı qız itkin düşüb, yoxsa oğurlanıb? – TƏCİLİ

Bu gün Bakı şəhəri Sabunçu rayonunda 3 yaşlı qız uşağının yoxa çıxması ilə bağlı məlumatlar yayılıb.

Qəsəbədə ailəsi ilə yaşayan və küçədə oynayan Zəhra adlı qızcığazın dünən səhər saatlarında itkin düşdüyü bildirilir.

Xalq.az-ın xəbərinə görə, nəzarət kameralarına düşən görüntüdən məlum olub ki, naməlum bir kişi uşağın əlindən tutaraq onu harasa aparır.

Axtarışlar hələ ki nəticəsiz qalıb.