Ucarda konfrans keçirilib

XALQ.AZ xəbər verir ki, 11 sentyabr 2018-ci il tarixdə Ucar rayon  Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda rayonda  nüfuz sahibi olan veteran təhsil işçiləri, məktəb rəhbərləri, rayon təhsili ilə bağlı  olan digər  idarə və müəssisə rəhbərləri, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsini bir daha yad ediblər. Dövlət Himni səsləndirilib.

Ucar rayon Təhsil Şöbəsinin müdiri cənab Fuad İsrəfilov “2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr“ mövzusunda məruzə edib. Məruzədə ötən dərs ili ərzində rayon Təhsil Şöbəsi və ümumtəhsil məktəblərində görülmüş əhəmiyyətli tədbirlər, IX-XI siniflər üzrə mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanları,şagirdlərin dərs məşğələlərinə davamiyyəti və digər məsələlər barədə geniş və obyektiv məlumat verilmiş,qazanılan uğurlarla yanaşı,zəif nəticələr göstərən məktəblərin rəhbərlərinə öz işlərində ciddi dönüş yaratmağın vacibliyi nəzərə çatdırılıb.“Ümimi təhsildə keyfiyyət ili”nin davamı olaraq “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə “Təhsil Nazirliyinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmri  ilə bağlı yeni dərs ilində qarşıda duran vəzifələr sadalanaraq, Ucar təhsilinin inkişafı, onun respublika səviyyəsində öz layiqli yerini tutması üçün bu vəzifələrin  uğurla yerinə yetirilməsi üçün qüvvələri birləşdirməyin vacibliyi ön plana çəkilib.

MİQ-də yüsək nəticə göstərərək  müəllim kimi fəaliyyətə başlayan Aytən Nəsrullazadə, şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Soltanova, şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi  Fatma Abbasova, şəhər 2 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Xəyalə Vəzirova, bu il ali məktəbə qəbul imtahanında 685 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Lək kənd 2 nömrəli tam orta məktəbin məzunu Fənarə Fərəcova çıxış edərək əldə etdikləri nailiyyətlər haqqında məlumat vermişlər.

Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil İnstitutunun direktor müavini Rəfiq Qəndilov, rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov tədbir iştirakçılarını salamlayaraq, yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini təbrik edərək, təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələr haqqında tövsiyyələrini bildirmişlər.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.

Təhsil sahəsində  göstərdiyi  səmərəli fəaliyyətləri,bu sahədə qazandıqları uğurlara görə bir qrup təhsil işçisi Təhsil Şöbəsinin Fəxri Fərmanları, bu il orta  məktəbi yüksək nəticələrlə  bitirən şəhər 1 nömrəli məktəb-liseyin məzunu Səmural Nuriyevə isə gümüş medal, “Pedaqoji mühazirələr” müsabiqəsinin Respublika mərhələsində əldə etdiyi yüksək nəticələrə görə şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfova da Təhsil Nazirliyi tərəfindən layiq görüldüyü Tərifnamə təqdim edilmişdir.

 

 

Orxan