Ucarda yüzlərlə aztəminatlı ailələrə yardım paylanıldı – Foto

“Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının təşkilatçılığı və xeyirsevər insanların yaxından dəstəyi ilə Qurban bayramında tənha və kimsəsiz insanlara, o cümlədən qayğıya ehtiyacı olan ailələrə qurban paylarının verilməsinə başlamışıq. Bu, xeyirxah layihədə bizimlə birlikdə olaraq öz töhfəsini verən dostlarımıza dərin təşəkkürümüzü bildiririk.”

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili Ramil Həsənin sosial şəbəkələrdə etdiyi paylaşımlarına istinadən xəbər verir.

Paylaşımda deyilir:

Sözügedən kampaniya çərçivəsində yüzlərlə aztəminatlı ailə bayram payı ilətəmin edilmişdir. Kampaniyadan bəzi fotoları təqdim edirik:

XALQ.AZ