“Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir” – Aqil Abbas

“Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar: “Həmin dərsliklər mənasız şeir və nağıl yığınıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, valideynlər uşaqlarını rus dili bölməsinə qoyurlar. Çünki orada belə şeylər yoxdur”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.