Ucuz evlər satışa çıxarıldı

48

 

Böyük Britaniyada Stok-on-Trent şəhərinin sakinləri 1 funta ev almağa nail olublar.Bu, abad olmayan rayonda atılmış əmlakın kütləvi satışı nəticəsində baş tutub.

Bu evlərin çoxu illərlə boş qalıb. Yaxınlıqdakı keramik əşyalar fabrikinin bağlanmasından sonra rayonda tənəzzül başlayıb. Hazırda rayonda heç kim yaşamır və orada həmişə təhlükə var: narkotiklər satılır, qanunsuz məskunlaşmış adamlar var, cinayət səviyyəsi yüksəkdir. Şəhər şurası düşünür ki, evlərin 1 funta satılması proqramı hesabına vəziyyət dəyişəcək, yeni sakinlər köçdükdən sonra rayon abadlaşacaq.

Proqram iştirakçıları mütləq yerli sakinlər olmalıdır və ildə ən azı 40 min funtsterlinq qazanmalıdır. Əmlakın yeni sahibinin mülkiyyətinə verilməsi üçün o, mənzildə ən azı 10 il yaşamalıdır və bələdiyyə şurasından təmir üçün ən azı 30 min funt borc götürməlidir. Tərk edilmiş evlərin yeni binalara çevrilməsi üzrə iş artıq başlayıb.

Böhran milyonlarla britaniyalıya öz mənzil şəraitini yaxşılaşdırmağa imkan vermir. İndi çox sayda yerli sakinlər bunu öz şəhərində etmək üçün şans əldə etməyə ümid edir.