Uğurlu dövlət hər iki üzü lazımı anda göstərə biləndir – Komitə sədri

tahir mirkisli 030420

Dövlətin hər zaman 2 üzü olur: Mərhəmət və şəfqət üzü, sərt və amansız üzü.

Qanunlara əməl edən, dövlətçiliyi sevən, vətənpərvər, yaradıcı insanlara qarşı hər zaman mərhəmətli və səfqətli olur, onlara dəstək olur, yardım edir. Qanunları pozan, cəmiyyətdə dağıdıcı, bölücü fəaliyyət göstərən, xain, cinayətkar, düşmən qüvvələrə qarşı isə dövlət sərt üzünü göstərir, onlara qarşı amansız olur.

Yalnız mərhəmətli olan dövlət acizləşir, yalnız sərt olan dövlət isə tiranlaşır. Qədim türklərin bir atalar sözü var: “Mərhəmətdən maraz(savaş) doğar”. Düşmənə və xainlərə mərhəmət cəmiyyət üçün faciələrə səbəb olur hər zaman. Uğurlu dövlət hər iki üzü lazımı anda göstərə biləndir.

Müasir Azərbaycan dövləti hər mənada uğurlu dövlət sayıla bilər. Sosial dövlət konsepsiysına sahib Azərbaycan dövləti bir tərəfdən milyonlarla vətəndaşa dəstək olur, digər tərəfdən isə xain və düşmənlərə qarşı sərt və amansız mübarizə aparır. Bizlər hər iki məsələdə daim dövlətin və dövlət başçısının yanında olmalıyıq.

Milli Məclisin üzvü Tahir  Mirkişili