“Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir”

“Ukrayna ilə Azərbaycan beynəlxalq miqyasda tanınan sərhədlər daxilində ərazi bütövlüyü və suverenliyi bərpa etmək məsələsində bir-birini dəstəkləyir”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycana rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter” səhifəsində yazıb.

O, enerji sahəsində iki ölkənin müştərək maraqları olduğunu qeyd edib: “Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir. Onu genişləndirmək imkanlarını araşdırmaqla bağlı razılığa gəlmişik. Bu, Avropa istehlakçılarına qaz tədarükünü şaxələndirmək baxımından əhəmiyyətlidir. Ölkələrimizin nadir tranzit potensialından faydalanmalıdır və bunun üçün infrastrukturu inkişaf etdirməliyik”.

XALQ.AZ