Ukrayna diasporu müxalifətin aksiyasını dəstəkləyir

 

5

 

Dünyanın 20 şəhərində fəaliyyət göstərən Ukraynanın diaspor təşkilatları Kiyevin “Müstəqillik meydanı”nda müxalifətin keçirdiyi nümayişləri dəstədiklərini bəyan ediblər.

ANS PRESS-in “Ukrainskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, dəstək aksiyasına qoşulanlar əsasən ABŞ, Kanada və Avropada məskunlaşanlardır. Mənbə yazır ki, xarici ölkələrin bir çox şəhərlərində ukraynalılar bir neçə dəfə küçələrə çıxaraq Maydana öz dəstəklərini bildirəcəklər.

Belə aksiyaların ABŞ-ın 10-a yaxın şəhərində də keçiriləcəyi gözlənilir. Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviçə və hökumət üzvlərinə qarşı keçirilən etiraz nümayişlərinə noyabrın sonlarında start verilib.