Ukrayna müxalifəti Barak Obamaya müraciət edib

69

 

Ukrayna müxalifətinin liderləri – Arseni Yaçenyuk, Oleq Tyaqnibok və Vitali Kliçko ABŞ prezidenti Barak Obamaya müraciət edərək Ukrayna məmurlarına sanksiya tətbiq etməyi xahiş edib. ANS PRESS-in “İnterfaks” agentliyinə verdiyi xəbərə görə, bu informasiyanı “Müstəqillik meydanı”nda çıxışı zamanı “Batkivşina” müxalifət partiyasının lideri Arseni Yaçenyuk səsləndirib:

“Bu gün Ukrayna müxalifəti ABŞ prezidentinə, Konqressə və Senata Maydanda bizimlə birgə olan ABŞ dövlət katibinin müavini vasitəsilə məktub göndərib. Orda yazılıb ki, Ukrayna xalqı demokratiya uğrunda mübarizə aparır. Buna görə də ABŞ administrasiyası bizim əsil mübarizəmiz və hüquqlarımızın qorunması üçün dəstək olmalı, Yanukoviç hakimiyyətinə qarşı sanksiya tətbiq etməlidir”.