Ukraynada aksiyalar davam edir

 

74

Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarınin aksiyasında yenidən toqquşma baş verib. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, toqquşma nümayişçilərlə xüsusi təyinatlılar arasında qeydə alınıb.

Polis nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, hüququ mühafizə orqanları əməkdaşları müxalifətin Avropa meydanında qurduğu çadır şəhərciyə girmək istəyib. Amma inteqrasiya tərəfdarları canlı sədd yaradaraq buna mane olublar.
Onlar polisə daş atıb, dəbilqələrini çıxarmağa cəhd ediblər.

Bu gün Kiyevdə keçirilən akisyada 100 minə yaxın insanın iştirak etdiyi bildirilir. Aksiya iştirakçılarının Nazirlər Kabinetinin binasına girməsinin qarşısı alınmış, onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilmişdi.