Ukraynada baş verənlər Azərbaycanda tətbiq oluna bilməz

1

 

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun SƏS TV-ya müsahibəsi:

  • Fəttah müəllim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin növbəti anım günü yaxınlaşır. Dahi şəxsiyyət barədə sizin də fikirlərinizi öyrənmək istərdik.

  • Biz Ulu Öndər Heyədər Əliyevin anım günü ilə bağlı böyük bir tədbir keçirdik. Azərbaycanın bütün rayonlarının Ağsaqqallar Şurasının rayon təşkilatlarının sədrləri ilə birlikdə Ulu Öndərin əziz xatirəsini andıq və ruhuna xalqımızın ürəyindən keçən rəhmətlər dilədik. Hər bir azərbaycanlı Ulu Öndərin müstəqil Azərbaycanın qurulması, onun əbədiliyi, inkişafı üçün çəkdiyi əzab-əziyyətləri əbədi olaraq yaddaşında saxlayacaq. Bu gün Azərbaycanda bütün sahələr üzrə gedən yüksəliş və inkişaf xalqın gözü qarşısındadır. Bu yüksəliş, reallıq o qədər güclüdür ki, dünyanın hər yerindən görünür. Bununda əsas səbəbkarı addımladığımız Ulu Öndər Heydər Əliyev yoludur. Bu yolun davametdiricisi, xalqı öz arxasınca aparan lider işıqlı, mətin və dünya siyasətində ən qabaqcıl ideyalara malikdirsə, uğurlar davamlı olur. Şükürlər olsun ki, Prezident İlham Əliyev bu işin öhdəsindən çox uğurla gəlir.

  • Bildiyiniz kimi, Prezident İlham Əliyev bu yaxınlarda “Jurnalistlərin dostu” və İstanbulda keçirilən Xəzər Formunda “İlin Xəzər dövlət adamı” mükafatına layiq görüldü. Sizin bu haqda düşüncələriniz nədir?

  • Mətbuat işçilərinin, xəbər yayımçılarının dostu hərtərəfli, mükəmməl şəxsiyyət olmaq deməkdir. Fərəh hissi doğurur ki, Prezidentimiz İlham Əliyev bu xüsusiyyətlərin hər birinə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülməsi fərəh hissi doğurur. Xəzərin keşiyində duran şəxsə belə yüksək adın verilməsi çox yerinə düşən bir haldır. Xəzər sakit olan zaman, öz sərvətlərini insanlara səxavətlə bəxş edir və edəcək. Bu gün Prezident İlham Əliyev Xəzərin təbii ehtiyyatlarını dünya miqyasına çıxarılması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan layihəni dünya miqyasında həyata keçirir. Mən Prezidentimiz İlham Əliyevin “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edirəm.

  • Qarşıdakı günlərdə radikal qüvvələr ölkədə qarışıqlıq yaratmaq üçün aksiyalar keçirmək niyyətindədirlər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

  • Azərbaycanda pluralizim, söz və mətbuat, insan azadlığı var. Yəni hər kəs fikirlərini ifadə etməkdə və fəaliyyətində azaddır. Ancaq, ağlı başında olan, xalqını, millətini, vətənini, sevən adamlar öz hərəkətləri ilə elə etməsinlər ki, Azərbaycan siyasətində böhranlı vəziyyət, qarşıdurma olsun. Sözü yüksək tonla və ya pıçıldaya-pıçıldaya deməkdənsə, adam kimi demək daha yaxşıdır. Azərbaycan torpağında yaşayan insanların hər biri siyasi mövqeyindən asılı olmayaraq vətənini sevməlidir. Mən ölkədə qarşıdurma yaratmağa çalışan insanlara demək istəyirəm ki, ilk növbədə müstəqil Azərbaycanı, xalqı, vətəni sevmək və ən əsası adam olmaq lazımdır. Hesab edirəm ki, dövlətimizin maraqlarına, zidd olan hərəkətlərə yol vermək olmaz. Hər şeyin bir həddi var. Bu xüsusda dahi Nizami Gəncəvinin “Bir inci sağlığı varsa da suda, artıq içiləndə dərd verir o da” kəlamı yerinə düşər.

  • Bəzi qüvvələr dünyada baş verən bütün neqativ halları Azərbaycanda tətbiq etmək istəyirlər. O cümlədən son günlər Ukraynada baş verənlərdən ruhlanan bəzi radikal qüvvələr bu hadisələri ölkəmizə transfer etmək niyyətindədirlər. Sizin bu məsələ ilə bağlı fikirləriniz nədən ibarətdir?

  • Ukraynada çox məsələlər baş verib. Ancaq onların heç biri Azərbaycana tətbiq oluna bilməyib. Azərbaycan xalqı müdrikdir. Ona görə də xalqımız özünü heç vaxt kimlərəsə pis vərdişinə bənzədə bilməz