Ukraynada çeçen polkovnik öldürüldü
Ukrayna Silahlı Qüvvələri Əhməd Kadırov adına xüsusi alayın polkovnik-leytenantı Zaur Dimayevi zərərsizləşdirib.
Bu barədə “İnsayder Ukrayna” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Zaur Dimayev sürücüsü ilə birlikdə avtomobildə öldürülüb.
Digər dörd çeçen xüsusi təyinatlı isə yaralanıb.