Ukraynada daha bir “respublika” yaradıldı

Ukrayna

Ukraynanın Xarkov şəhərində vilayət administrasiyasının binası qarşısında nümayiş edənlər yenidən binaya daxil olublar.

Xalq.az-ın məlumatına görə, vilayət sovetinin deputatları vilayətin bütün dövlət institutlarının səlahiyyətlərini öz üzərlərinə götürüblər. Həmçinin vilayət sovetinin deputatları Xarkov Xalq Respublikasını elan ediblər.

Mitinq iştirakçıları Avromaydan tərəfdarlarını da Xarkovun mərkəzi meydanından çıxarıblar. Avromaydan tərəfdarları Ukraynanın dövlət rəmzlərini gizlədərək Xarkovun mərkəzini tərk ediblər.