Ukraynada parlament-prezident üsul-idarəsi olacaq

Ukraina-1

Ukrayna Ali Radasında parlament-prezident üsul-idarəsinə keçmək üçün yeni referendumun keçirilməsi barədə qərar qəbul edilib.

Xalq.az-ın verdiyi məlumata görə, referendum ölkənin parlamentli respublika olması ilə bağlı keçiriləcək.

Ali Rada parlament-prezident üsul-idarəsini nəzərdə tutan 2004-cü il Konstitusiyasının bərpası haqqında Konstitusiya qanunu qəbul edib. Qəbul olunması üçün minimum 300 səs tələb olunan qanunun lehinə 386 deputat səs verib.

Qeyd edək ki, 2004-cü ilədək Ukraynada parlamentli respublika üsul idarəsi mövcud idi. Hazırkı prezident Viktor Yanukoviç hakimiyyətə gəldikdən sonra ölkədə prezident üsul idarəsinə keçməklə bağlı qərar qəbul edilmişdi.