Ukraynada son durum

41

 

Timoşenko həbsxanadan birbaşa Maydana yollanıb

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko mayın 25-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib. ANS PRESS-in məlumatına görə bunu sabiq baş nazir Xarkov həbsxana xəstəxanasını tərk edəndən sonra deyib.

Timoşenko xəstəxanasını tərk etdikdən sonra “Batkivşina” deputat fraksiyasının lideri Arseni Yaçenyuk ilə telefonla danışıb. Sabiq baş nazir telefon danışığında Maydana tərəf yola düşdüyünü deyib.

20:16

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun Xarkovun həbsxana xəstəxanasını tərk edib. ANS PRESS-in məlumatına görə, xəstəxanadan çıxarkən Y.Timoşenkonu görən şahidlər sabiq baş nazirin vəziyyəti elə də yaxşı olmadığını bildirib.

Xəstəxana qapısında sabiq baş naziri “Batkivşina” deputat fraksiyasının bir neçə üzvü qarşılayıb və xüsusi xidməti maşınlarla ərazini tərk ediblər.

Qeyd edək ki, bu gün Ukrayna parlamenti Yuliya Timoşenkonun həbsdən azad edilməsi ilə bağlı qərar qəbul edib.

 


 

Viktor Yanukoviç prezidentlikdən uzaqlaşdırıldı

 

çiriləcəyi vaxt məlum olub.

ANS PRESS-in verdiyi məlumata görə, Ukrayna Ali Radasının qəbul etdiyi qərara əsasən ölkədə vaxtından əvvəl prezident seçkiləri mayın 25-də keçiriləcək.

Ukrayna parlamenti prezidentin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında qərar qəbul edib.