Ukraynada təyyarə qəzası

01

 

Ukraynanın qərbində baş verən aviaqəzada iki nəfər həlak olub.

ANS PRESS-in “İtar-Tass”-a istinadən verdiyi xəbərə görə, dünən axşam saatlarında Kolomya şəhərinin yaxınlığında “Zodiak” markalı idman təyyarəsi uçuş təlimi zamanı qəfildən iki yerə bölünüb və 24 yaşlı pilotla 47 yaşlı mexanik həlak olublar.